Azərbaycan dilində ilk antivirus proqramı yaradılıb

Azərbaycan dilində ilk antivirus proqramı yaradılıb
# 31 mart 2012 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycan dilində «B.A.K.U.» adlı yeni antivirus proqramı yaradılıb.
«APA-Economics»in məlumatına görə, artıq tətbiqinə başlanan proqram bir çox xüsusiyyətləri ilə fərqlənir. Azərbaycanın milli atributlarını özündə cəmləşdirən bu proqramdan istifadə zamanı yaranan hər hansı texniki problemlə bağlı istənilən suala istifadəçilər «on-line» cavab ala biləcək. Üç aydan bir yenilənəcək antivirus proqramının üzərində mütəmadi texniki təkmilləmə işi aparılacaq.
Sözügedən antivirus proqramı valideynlərə kompüterdən istifadə zamanı övladlarına nəzarət etməyə də yardımçı olacaq. Belə ki, onların hansı saytlardan istifadə etdiyini müəyyənləşdirə biləcəklər. Eyni zamanda arzuolunmaz saytlara blok qoymaq mümkün olacaq.

Bu antivirusun digər özəlliyi şübhəli casus proqram təminatını tapmasıdır. Həmçinin, o sosial şəbəkələrdə xoşagəlməz linkləri təmizləyib və bu barədə istifadəçiyə məlumat da verəcək. Antivirus proqramının rəsmi satışı ilə «Montek» şirkəti məşğul olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR