Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində olub

Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində olub
# 30 iyul 2012 15:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət başçısı mərkəzdə baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı məlumatlandırılıb. Vəziyyətlə yerində tanış olan prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri zamanı yanğın baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR