Azərbaycan çörək istehsalı sahəsində standartları sərtləşdirir

Azərbaycan çörək istehsalı sahəsində standartları sərtləşdirir
# 11 iyul 2012 11:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

N.Tağıyevin sözlərinə görə, hazırda çörəyin istehsalı ilə bağlı 4 milli standart mövcuddur ki, bu standartlarda ciddi şərtlər qeyd olunmayıb: «Həmin standartlar üzərində təkmilləşdirmə işləri aparılır və yaxın bir ay ərzində bu işlər başa çatacaq. Bundan sonra, çörək bişirmə sexlərində çörək istehsalı məhz bu standartların tələblərinə uyğun aparılacaq».

N.Tağıyev bildirib ki, mövcud standartlara edilən dəyişiklik əsasən çörəyin qablaşdırılması ilə bağlı olacaq: «Çörəyin qablaşdırılması, onun daşınması sahəsində ciddi problemlər mövcuddur. Bəzən daşınma zamanı yerə düşən çörək yenidən maşına yüklənərək mağazalara paylanılır. Bu kimi halların qarşısını almaq üçün belə bir ciddi standartın tətbiqinə ehtiyac var», - deyə Komitə rəsmisi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR