Məhkəmə Gülağa Aslanlının apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Gülağa Aslanlının apellyasiya şikayətini təmin etməyib
# 22 iyun 2012 09:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, mayın 24-də G. Aslanlı İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirləndirilərək, Binəqədi rayon Məhkəməsi tərəfindən 20 manat cərimə edilərək, sərbəst buraxılıb.

G. Aslanlı APA-ya açıqlamasında bildirib ki, həmin gün evindən çıxan zaman 2 polis əməkdaşı tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib: “Həmin gün məhkəmə oldu. Guya məni polis bölməsinə dəvət ediblər. Lakin mən polislərə tabe olmamışam. Lakin belə bir hal baş verməmişdi. Onlar məni qanunsuz olaraq saxlayıb bölməyə aparmışdılar. Saxlanılmam isə İctimai Palatanın İctimai Televiziyanın binası qarşısında keçirilən aksiya ilə bağlı olub. Mən də məhkəmənin qərarından apellyasiya şikayəti verdim. Həmçinin mənə dəymiş mənəvi zərərə görə, yeddi min manat təzminat ödəmələrini istəmişdim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR