Hərbi formadan istifadə hüququ olmayan şəxslər müəyyən mağazalardan aldıqları və digər vasitələrlə əldə etdikləri formanı geyinə bilməzlər.
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
O qeyd edib ki, hərbçi olmayan, ordudan tərxis edilmiş şəxslərin bu formanı əldə edərək geyinməsi hərbi formanın pozulması deməkdir: "Azərbaycan Silahlı Qüvvələrində xidmət edib ordudan pensiyaya çıxan hərbçilər isə hərbi formadan istifadə edə bilərlər".