BDU-nun Nanoaraşdırmalar mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görülüb - FOTO

BDU-nun Nanoaraşdırmalar mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görülüb - <span style="color: red;">FOTO
# 14 may 2015 10:40 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində hazırlanmış layihə ABŞ-da qızıl medala layiq görülüb

Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib. Məlumata görə, universitetin Nanoaraşdırmalar laboratoriyasında professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihə ABŞ-ın Hyuston şəhərində 70 ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadasının “Ətraf mühütün idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 200 layihə içərisində qalib hesab edilib və qızıl medala layiq görülüb. Qaliblər Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırıblar.

Qızıl medala layiq görülənlər Bakı Avropa liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad Abdulzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR