Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 23 iyun 2016 14:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, nazirin fransalı həmkarı ilə görüşəcəyini deyib: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR