Saatlıda 3 otaqlı ev yanıb

Saatlıda 3 otaqlı ev yanıb
# 17 sentyabr 2015 11:48 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 16-da axşam saatlarında Saatlı rayonunda 3 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə rayonunun Novruzlu kəndində qeydə alınıb.

Novruzlu kənd sakini, 1978-ci il təvəllüdlü Atamoğlan Cahangir oğlu Cahangirova məxsus 3 otaqlı fərdi yaşayış evi qəflətən alovlanıb. Yanğının söndürülməsinə Saatlı və Sabirabad rayonlarının Yanğından Mühafizə hissələrinə məxsus 3 yanğınsöndürən maşın, canlı qüvvə cəlb olunub. Alov lokallaşdırılsa da, ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR