Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmində artım dinamikası müşahidə olunur

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmində artım dinamikası müşahidə olunur
# 18 sentyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 4424,4 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 57,0%-i hüquqi şəxslərin fəaliyyəti nəticəsində və onlar tərəfindən

əhaliyə 3278,6 mln. manatlıq xidmət göstərilib. Bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisini 4,7% üstələyib.

Bu ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 58,2 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR