Bakıda təndir sexində yanğın olub, xəsarət alan var

Bakıda təndir sexində yanğın olub, xəsarət alan var
# 19 mart 2016 11:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda təndir sexində yanğın olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu M. Rüstəmov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən təndir sexində baş vermiş yanğına təbii qaz sızması səbəb olub. Nəticədə orada işləyən Bakı şəhər sakini Tamella Qəmbərova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR