Rusiya İŞİD-in neft qaçaqmalçılığının yeni marşrutunu açıqlayıb

Rusiya İŞİD-in neft qaçaqmalçılığının yeni marşrutunu açıqlayıb
# 25 dekabr 2015 12:56 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə Suriyada terrorçular tərəfindən oğurlanan neftin İraqa daşındığını, oradan isə Türkiyəyə çatdırıldığını söyləyib.

S. Rudskoy Rusiya aviasiyasının zərbələrindən yayınmağa cəhd edən terrorçuların neft qaçaqmalçılığının hərəkət marşrutunu dəyişdiyini açıqlayıb. Onun sözlərinə görə, neftlə dolu avtomobillər İŞİD-in nəzarətində olan Deyr-Ez-Zor əyalətindən keçərək sərhədyanı yaşayış məntəqələri olan Quna və Tell-Sfuk vasitəsi ilə İraqın Mosul və Zako bölgələri istiqamətində hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR