Mərkəzi Bank: İdarə Heyəti yenidən formalaşdırılmayacaq - EKSKLÜZİV

Mərkəzi Bank: İdarə Heyəti yenidən formalaşdırılmayacaq - <span style="color: red;">EKSKLÜZİV
# 11 mart 2016 15:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.

AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir: “Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.

Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq: "Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR