Milyarder Cim Rocers: "Qızıldansa, dollara yatırım etmək daha yaxşıdır"

Milyarder Cim Rocers: "Qızıldansa, dollara yatırım etmək daha yaxşıdır"
# 27 iyun 2016 11:27 (UTC +04:00)

Bakı - APA-Economics. "Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum (Brexit) keçirildikdən sonra qızılın 1 unsiyası 5%-dən çox bahalaşıb. Hazırkı qiymətlər olduqca yüksəkdir və ilin sonunadək qızıl ucuzlaşacaq".


"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı milyarder Cim Rocers deyib.

"Tez bir zamanda bahalaşan nəyəsə investisiya yatırmağı sevmirəm. Qızıldansa dollara yatırım etmək daha yaxşıdır. Tarixə nəzər salsaq görərik ki, dollar bahalaşdıqca, qızıl ucuzlaşıb", - deyə milyarder bildirib.

Maraqlıdır ki, investor qızıl aktivlərini satmaq niyyətində deyil. "Sizi əmin edirəm ki, mənim kifayət qədər qızıl ehtiyatım var", - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR