AzPatent və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Bakıda təlimlər keçirib

AzPatent və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Bakıda təlimlər keçirib
# 18 dekabr 2015 10:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində təlimlərin I mərhələsi keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təlimlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid mərhələsində olan və inkişaf etmiş ölkələr üzrə departamentin mütəxəssisi İlya Qribkov, Türkiyə Cümhuriyyəti İstanbul Boğaziçi Universitetinin professor köməkçisi Mehmet Nafi Artemel və Misir Ərəb Respublikası Qahirə Əqli Mülkiyyət Akademiyasının mütəxəssisi Fatma Samir El Sebaei tərəfindən “AzPatent”in təlim mərkəzində aparılıb.

Təlimlərin əsas məqsədi Azərbaycan milli əqli mülkiyyət institutunun (təlim mərkəzinin) fəaliyyətini daha səmərəli etmək, əqli mülkiyyətin qorunması ilə bağlı ictimai maraqlar arasında ədalətli balans yaratmaq, o cümlədən milli prioritetlərə və məqsədlərə nail olmaq və yerli əqli mülkiyyət mütəxəssislərinin, peşəkarların, dövlət rəsmilərinin və digər maraqlı tərəflərin artan tələblərinə cavab vermək məqsədilə bu infrastrukturu inkişaf etdirmək və kadr potensialının gücləndirilməsi olub.

Təlimlərdə elm, təhsil, gömrük və s. sahələri əhatə edən 25 nəfər təlim iştirakçısı və 5 nəfər dəvət olunmuş mütəxəssis iştirak edib. Təlimçilərdən Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri institutu, İqtisadiyyat institutu , Rəyasət heyəti Elmi Təşkilat idarəsi, Dövlət Gömrük Komitəsi, Milli Aviasiya Akademiyası, Yüksək Texnologiyalar Parkı MMC və digər dövlət – qeyri dövlət sektorunun əməkdaşlarını göstərmək olar.

Məlumat üçün bildirək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən Azərbaycanda əqli mülkiyyətin idarə olunması sisteminin təkmilləşdirilməsi, mütəxəssis hazırlamaq, zəruri texnologiyaların, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində Təlim Mərkəzi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR