FHN Göyçayda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Göyçayda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 17 oktyabr 2015 01:02 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Göyçayda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Göyçay şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında, vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR