Moskvada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzi sökülür

Moskvada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzi sökülür
# 16 fevral 2016 06:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyada Azərbaycan vətəndaşı Ramin Sultanova məxsus “Piramida” ticarət mərkəzi söküləcək.

APA-nın “moscow-baku.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, fevralın 24-də söküləcək 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün istirahət parkı salınacaq. Ticarət mərkəzində yerləşən kosmetika dükanları artıq bağlıdır. Mərkəzdəki mağaza sahibləri ərazini boşaltmağa başlayıblar.

Qeyd edək ki, “Piramida” ticarət mərkəzi 90-cı illərin ən irimiqyaslı paytaxt tikililərindən sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR