Gürcüstandan Azərbaycana qanunsuz yolla qızıl-zinət əşyaları gətirmək istəyən şəxs saxlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla qızıl-zinət əşyaları gətirmək istəyən şəxs saxlanıb
# 01 mart 2016 10:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək istəyən Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin vergi xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 25-də Azərbaycan vətəndaşı gömrük bəyannaməsində qeyd olunmayan 154,17 qram qızıl və almaz qaşla bəzədilmiş 122 ədəd zərgərlik məmulatını Qırmızı Körpü gömrük nəzarət-buraxılış məntəqəsindən keçirmək istəyib. Həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Saxlanılan mallar qiyməti 18169,05 Gürcüstan larisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR