Hava kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək düşəcək

Hava kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək düşəcək
# 21 aprel 2016 10:22 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APa-ya verilən məlumata görə, bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR