"Bank Avrasiya" I rübü mənfəətlə başa vurub

"Bank Avrasiya" I rübü mənfəətlə başa vurub
# 22 aprel 2016 12:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Avrasiya” 2016-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. “APA-Economics” xəbər verir ki, cari ilin aprelin 1-ə bankın aktivləri 120,542 mln. manat təşkil edib.


Hesabat dövründə bankın kredit portfeli 87,272 mln. manat, öhdəliklər isə 67,579 mln. manat olub.


Bankın depozit portfeli hesabat dövründə 27,533 mln. manat təşkil edib.


Bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 52 mln. 962,7 min manat təşkil edib.


“Bank Avrasiya” I rübü 1 mln. 757,8 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR