Bakı - APA. Nyu-York şəhərindəki Con F. Kennedi hava limanının bir terminalı şübhəli paket səbəbi ilə boşaldılıb.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, terminalda bir sahibsiz çanta aşkarlayan hüquq-mühafizə orqanları terminalı boşaldıb.
Hava limanının giriş və çıxışları qapadılıb, nəqliyyatın hərəkəti dayandırılıb. Çanta kənardan idarə edilən qurğu vasitəsilə partladılıb.