Baş məşqçi: “Əsas hədəf Azərbaycanın adının ucaltmaqdır”

Baş məşqçi: “Əsas hədəf Azərbaycanın adının ucaltmaqdır”
# 23 iyun 2015 08:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan heyəti digər heyətlərlə müqayisədə daha aşağı reytinqə malikdir, lakin çalışacağıq ki, bu yarışlarda ən yüksək nailiyyəti əldə edək”.

APA-nın məlumatına görə, bu sözləri çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi Xose Migel Mateus deyib. Onun sözlərinə görə, komanda məsuliyyət daşıyır və əsas hədəfi Azərbaycanın adının ucaltmaqdır: “Mövcud məkanlar və stadionları nəzərə alaraq düşünürük ki, böyük gələcəyə malikik. Azərbaycan çimərlik futbolu sahəsində böyük potensiala malikdir. Bu oyunlar həm azərbaycanlıları, həm də peşəkarları çimərlik futboluna diqqət etməyə vadar edəcək”.

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının kapitanı Emin Kürdov isə komandada əhval-ruhiyyənin yüksək olduğunu qeyd edib: “Ümid edirik ki, 3 yerdən birini tutacağıq. Azərbaycanda mötəbər yarışların keçirilməsi sevindirici haldır. 2020-ci ildə Bakıda futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək. Bu, bizə stimul verir. Çimərlik futbolunun Avropa oyunlarına daxil edilməsi böyük uğurdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR