Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 1-də Bakı Fond Birjasında “TuranBank” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 3 mln. 386 manat, bir səhmin nominal dəyəri 1 082 manat, qiymətli kağızların miqdarı isə 2 773 ədəd təşkil edir.
Yerləşdirmədə anderrayter kimi «AzFinance İnvest» MMC çıxış edəcək.
Hazırda bankın nizamnamə kapitalı 47 mln. 002 min manatdır.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 6,38% artaraq 50 mln. 002 min 400 manata çatacaq.