Sergey Lavrov: “Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”

Sergey Lavrov: “Münaqişənin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”
# 17 iyul 2015 12:04 (UTC +04:00)

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, - deyə S. Lavrov söyləyib.


Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR