Xaçmazda maşın piyadanı vuraraq öldürüb

Xaçmazda maşın piyadanı vuraraq öldürüb
# 13 iyun 2015 11:23 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Quba yolunun 7-ci kilometrliyində qeydə alınıb. Xaçmaz şəhər sakini Ağayev Mərdan Ələddin oğlunun idarə etdiyi 90 VX 927 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən piyada - Xaçmaz rayonunun Ağyaz kənd sakini, 1956-cı il təvəllüdlü Seyidov Məclum Qabil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Tibbi müayinədən sonra meyit ailəsinə təhvil verilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR