BSU-da İİV virusunun müayinəsi ilə bağlı aksiya keçirilib - FOTO

BSU-da İİV virusunun müayinəsi ilə bağlı aksiya keçirilib - <span style="color: red;">FOTO
# 25 noyabr 2014 09:48 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Avropa İİV virusunun müayinəsi həftəsi (21-28 noyabr) çərçivəsində Bakı Slavyan Universitetində (BSU) aksiya keçirilib.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi, UNİCEF, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müayinə aksiyasında tələbələr iştirak ediblər.

Aksiyanın məqsədi bu virusa yoluxan şəxsləri müəyyən etmək və İİV-lə bağlı cəmiyyəti maarifləndirməkdir.

Respublika İİV-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova artıq bu tipli aksiyaların Polis Akademiyasında və Azərbaycan Neft Akademiyasında keçirildiyini bildirib.

O, müayinə və maarifləndirmə aksiyasının davam edəcəyini, müxtəlif müəssisələrdə və bölgələrdə keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, aksiyada Azərbaycanda ilk dəfə olaraq analizlər ekspres-test vasitəsilə ağız suyundan götürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR