Lənkəranda “Sağlam ailə – sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Lənkəranda “Sağlam ailə – sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 avqust 2014 18:01 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, AQUPDK ekspertlərinin, Lənkəranda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyətinin, yerli icra strukturları, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə N saylı hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Babək Səmidli açıb.

Daha sonra AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova mövzu ilə bağlı ətraflı məruzə edib. Son dövrlər gənc ailələrdə yaranan müxtəlif problemlərdən danışan natiq, bu problemlərdən çıxış yolları ilə əlaqədar fikirlərini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə yeni qurulan ailələrin uzun ömürlü ola bilmələri, yarana biləcək ailədaxili problemlərin vaxtında və doğru həll edilməsi, boşanlamaların qarşısının alınması məqsədilə təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında ayrı-ayrı sahələr üzrə ekspertlərin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Xüsusilə gənc nəsil arasında ailə dəyərlərinin və adət-ənənələrin qorunub saxlanması, sağlam həyat tərzinin təbliği istiqamətində kütləvi maarifləndirici tədbirlər icra edilir. Tədbirlər zamanı bir sıra aktual mövzular haqqında ətraflı məlumatlar verilir, tədbir iştirakçıları ilə müzakirələr aparılır, AQUPDK tərəfindən nəşr edilmiş maarifləndirmə vəsaitləri tədbir iştirakçılarına təqdim olunur.

Çıxışı zamanı S.Qəhrəmanova həmçinin ailə institutunun möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolu, nəsillər arası münasibətlərin qorunması və ötürülməsi, reproduktiv sağlamlıq, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin zəruriliyi məsələlərindən və gənclərin psixoloji durumuna təsir edən amillər, onların aradan qaldırılması mexanizmlərindən ətraflı bəhs edib.

Sonda AQUPDK ekspertlərinin iştirakçılarla birgə mövzu ətrafında müzakirələri aparılıb, gənc əsgərlərin fikirləri öyrənilib, onların məsələyə baxışları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR