Azərbaycan prezidenti Müstəqillik günü münasibətilə Peru prezidentinə təbrik ünvanlayıb

Azərbaycan prezidenti Müstəqillik günü münasibətilə Peru prezidentinə təbrik ünvanlayıb
# 26 iyul 2014 15:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassonu bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR