Elman Abdullayev Afrika İttifaqının Sosial Məsələlər üzrə Komissarı ilə görüşüb - FOTO

Elman Abdullayev Afrika İttifaqının Sosial Məsələlər üzrə Komissarı ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 may 2015 15:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının Sosial məsələlər üzrə Komissarı Mustafa Siddiki Kaloko ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Afrika İttifaqı arasında sosial, idman və gender bərabərliyi sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Afrikalı diplomat bu sahələrin qitə üçün olduqca vacib sahələr olduğunu qeyd edib və ölkəmizin bu sahələrdəki uğurlarını nəzərə alaraq, tərəflər arasında təcrübə mübadiləsinin aparılması vacibliyi vurğulanıb.

Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq perspektivlərinə gəldikdə səfərlər mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsi zəruriliyi qeyd edilib.

Komissara qarşıdan gələn "Bakı-2015" Avropa Oyunları barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR