Şirvanda italiyalı velosipedçini avtomobil vurub

Şirvanda italiyalı velosipedçini avtomobil vurub
# 02 sentyabr 2015 15:08 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə günorta saatlarında köhnə şəhər massivində qeydə alınıb. “Mercedes” markalı, “10 LN 511” dövlət nömrə nişanlı avtomobil dünya səyahətinə çıxan iki italiyalı velosipedçidən birini - 1982-ci il təvəllüdlü Pediperi Luka Markonu vurub. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Velosipedçinin vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur.


Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onlar Milan şəhərindən velosipedlə dünya səyahətinə çıxıblar və dünyanın bir neçə ölkəsindən keçərək Azərbaycana gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR