MSK prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə treninqlər keçirəcək

MSK prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə treninqlər keçirəcək
# 14 avqust 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə treninqlərə başlayacaq. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun ərazilərə cavabdeh nəzarətçi-trenerləri DSK-lardakı trenerlərlə görüşərək onlara son məlumatları və lazımi materialları çatdıracaq. Avqustun 18-dən isə məntəqə seçki komissiyaları üzvləri üçün treninqlər keçiriləcək. Treninqlər zamanı əyani vəsaitlər məntəqə seçki komissiyalarının üzvlərinə təqdim olunacaq. Bu vəsaitlər sırasına seçki günü üçün yaddaş, protokol nümunələri və s. daxildir. Treninq 30 mindən məntəqə seçki komissiyalarının üzvlərini əhatə edəcək. Prosesinin birinci mərhələsinə avqustun sonlarında yekun vurulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR