ABŞ dövlət katibi: Minsk sazişləri icra olunduqdan dərhal sonra Rusiya üzərindən sanksiyalar götürüləcək

ABŞ dövlət katibi: Minsk sazişləri icra olunduqdan dərhal sonra Rusiya üzərindən sanksiyalar götürüləcək
# 15 dekabr 2015 22:46 (UTC +04:00)

Bakı-APA. Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən sanksiyalar bir o qədər tez götürülər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair bəyanatında bildirib.

“İstərdim həmçinin qeyd edim ki, Ukrayna üzrə Minsk sazişinin icrasına dair lazımi addımlar atılmalıdır və Ukraynada böhranın həlli üçün səylər davam etdirilməlidir. Biz razılıq əldə olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəldik. Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən ABŞ və Aİ sanksiyaları bir o qədər tez götürülər”, deyə Con Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR