Banklar Assosiasiyası: İpoteka kreditləşməsinin genişləndirilməsi ilə bağlı təkliflər Mərkəzi Banka təqdim olunub

Banklar Assosiasiyası: İpoteka kreditləşməsinin genişləndirilməsi ilə bağlı təkliflər Mərkəzi Banka təqdim olunub
# 24 noyabr 2015 11:48 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, “İpoteka haqqında” qanuna bəzi dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı təkliflər Mərkəzi Banka təqdim olunub.

“Əlavə və dəyişikliklər ipotekanın yüklü edilməsi, yüklülüyün azad edilməsi, yüklü edilmiş əmlaka doğru tələbin yönəldilməsi ilə bağlıdır. Girov mexanizmi çox dəqiq və aydın şəkildə mövcud olmalıdır ki, banklar dəqiq və aydın kreditləşməni həyata keçirə bilsinlər. Kreditlərin həcmi artdıqca, böyüdükcə, qanun və mexanizmlər üzərində dəqiq və aydın işləməni tələb edir. Əgər biz buna nail ola bilməriksə, o zaman sürətli və böyük həcmdə kreditləşmə aparmaq banklar və digər maliyyə qurumları üçün çox çətin ola bilər”.

Z. Nuriyev əlavə edib ki, sözügedən qanuna dəyişikliklər qəbul edilsə, banklar bu sahədə daha aktiv kreditləşməni həyata keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR