Balakəndə narkotik alveri edənlər saxlanılıb

 Balakəndə narkotik alveri edənlər saxlanılıb
# 15 mart 2016 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Balakən sakinlərindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qullar kənd sakini Tural Nəsibov 475,37 qram marixuananı satarkən tutulub. Onun üstünə baxış zamanı əlavə 14,51 qram marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə T.Nəsibova narkotik vasitəni satmış rayon sakini İlqar Sarıyev də saxlanılıb. Ondan 9,28 qram marixuana götürülüb. İ.Sarıyevin evinə baxış zamanı isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu da aşkar edilərək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR