Bakıda müxtəlif cinayətlərdə təqsirləndirilən iki qardaş tutulub

Bakıda müxtəlif cinayətlərdə təqsirləndirilən iki qardaş tutulub
# 05 noyabr 2015 07:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Ağcəbədi sakini olan qardaşlar saxanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində, Ağcabədi rayon sakinləri - əvvəllər məhkum olunmuşlar, 1985-ci il təvəllüdlü Rahib Quliyev və qardaşı, 1989-cu il təvəllüdlü Bəxtiyar şübhəli şəxs qismində yaxalanıb. R.Quliyevin üzərinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı B.Quliyevin noyabrın 1-də Ağcabədi rayonunda Ülfət Namazova qarşı quldurluq etməsi müəyyən edilib və o, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR