Yaroslavlda evin uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb

Yaroslavlda evin uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb
# 16 fevral 2016 07:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Yaroslavl vilayətində evin bir hissəsinin uçması nəticəsində 4 nəfər ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaroslavl vilayətinin qubernatoru Sergey Yastrebov bildirib. “Təəssüf ki, 4 nəfərin cəsədini artıq aşkarlamışıq. 4 nəfər zərərçəkən isə qonşu mənzillərin sakinləridir. Hazırda onlar xəstəxanadadılar, lazımi tibbi yardım göstərilir”, - deyə o, söyləyib.

Qubernator deyib ki, dağıntılar arasında nə qədər insanın qaldığı hələlik bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR