Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Sentyabr
# 19 sentyabr 2016 18:20 (UTC +04:00)

yorum

OPEK üzvü olan ölkələr neft hasilatının dondurulması məsələsini Rusiya və digər müstəqil neft istehsalçılarının iştirakı ilə sentyabrın 27-də keçiriləcək qeyri-rəsmi görüş zamanı müzakirə edəcəklər.

28 sentyabr tarixində isə kartel üzvləri rəsmi müzakirələr üçün bir araya gələcəklər.

Daha əvvəl maliyyə spekulyantları neft qiymətinin azalması və ya artması üzərində oyunları OPEK-in artıq bir ildən çoxdur ki, anons etdiyi razılaşmaların yubanması səbəbindən dayandırıblar. Əgər tərəflər sözü gedən görüş zamanı razılığa gələ bilməsə, belə olan halda bazarda yenidən çaxnaşma yaranacaq.


Xatırladaq ki, neftin qiyməti avqust ayında OPEK-in Əlcəzairin paytaxtında danışıqlara başlandığını elan etməsindən sonra 7,5 faiz həcmində yüksəlib, hazırkı dövr üçün isə yenidən ucuzlaşmağa başlayıb.

Beynəlxalq Energetika Agentliyinin hesablamalarına görə, dünya bazarlarında qlobal neft təkliflərindəki artım prosesi əvvəl düşünüldüyündən daha uzun müddət davam edəcək. Bunun d səbəbi sözü gedən təkliflərdəki artım tempinin nisbətən səngiməsidir.


Bu arada, OPEK-in baş katibi Məhəmməd Barkindo mətbuata açıqlamasında təşkilatın rəsmi görüşünün taleyinin 27 sentyabrda keçiriləcək məsləhətləşmələrdən asılı olacağını qeyd edib.


Qeyd edək ki, bir qədər əvvəl Venesuela prezidenti Nikolas Maduro İran və Ekvador prezidentləri ilə danışıqlardan sonra OPEK-in razılaşma əldə etməyə son dərəcə yaxın olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR