Göygöldə yük maşını ilə minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO

Göygöldə yük maşını ilə minik avtomobili toqquşub, ölən var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 noyabr 2015 17:38 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nı qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun mərkəzində qeydə alınıb.

“KAMAZ” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Göygöl sakini, 1979-cu il təvəllüdlü Quliyev Qismət Məhəmməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR