Azərbaycan paytaxtında cibgirlikdə təqsirləndirilən şəxs tutulub - FOTO

Azərbaycan paytaxtında cibgirlikdə təqsirləndirilən şəxs tutulub - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 08:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan paytaxtə Bakı şəhərində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 17-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub.

Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi sübut kimi aşkar olunaraq götürülüb. T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə, cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib.

Cinayət Məcəlləsinin 177,1-ci (oğurluq) və 180,1-ci (soyğunçuluq) maddələri ilə ayrı-ayrılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR