Ağcabədidə valyuta dəyişmə ilə məşğul olan şəxsin meyiti su kanalında tapılıb - YENİLƏNİB - VİDEO

Ağcabədidə valyuta dəyişmə ilə məşğul olan şəxsin meyiti su kanalında tapılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2015 06:48 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı, Əlibəy Zeynallı-APA. Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Xatırladaq ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR