FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
# 09 oktyabr 2015 19:58 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 20-də FİFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytında bildirilir.

Oktyabrın 8-də FİFA-nın etika üzrə Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platininin 90 gün müddətində vəzifələrindən kənarlaşdırıb.

Qeyd olunur ki, adıçəkilən müddət 45 günədək uzadıla bilər.

FİFA prezidenti postuna seçkilər 2016-cı il, fevralın 26-da keçiriləcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR