İrakli Qaribaşvili: "Azərbaycanla strateji tərəfdaşlıq əsas istiqamətlərimizdən biri olaraq qalır”

İrakli Qaribaşvili: "Azərbaycanla strateji tərəfdaşlıq əsas istiqamətlərimizdən biri olaraq qalır”
# 12 oktyabr 2015 21:39 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib.

Onun sözlərinə görə, bəzi siyasətçilər bildiriblər ki, Gürcüstan təbii qaz sahəsində Azərbaycan ilə öz siyasətinə yenidən baxa bilər. Baş nazir bu fikirləri absurd adlandırıb və müxalifət partiyalarının nümayəndələrinin belə bir absurd mövzu icad etdiyinə təəccübləndiyini deyib. "Qazprom" ilə danışıqlar haqqında fikrini bildirən İ.Qaribaşvili Azərbaycan qazının heç bir ölkənin qazı ilə əvəz olunmayacağını vurğulayıb.

Gürcüstanın baş naziri jurnalistlərə açıqlamasında şənbə günü Bakıda işgüzar səfərdə olduğunu və səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə çox yaxın və dost ölkələrimiz arasında münasibətləri, eləcə də onların dərinləşdirilməsi perspektivlərini müzakirə etdiklərini bildirib

Xatırladaq ki, hazırda Gürcüstan təbii qazı Rusiyanın Ermənistana verdiyi qaz boru kəməri vasitəsilə tranzit daşınmanın 10%-ni ödəniş formasında alır və Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR