Azərbaycan prezidenti: “Dünya iqtisadiyyatındakı tənəzzül bizə də təsir göstərir, amma biz inamla inkişaf edəcəyik”

Azərbaycan prezidenti: “Dünya iqtisadiyyatındakı tənəzzül bizə də təsir göstərir, amma biz inamla inkişaf edəcəyik”
# 26 yanvar 2016 09:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Heydər Əliyev hakimiyyətə qayıdandan sonra 3 il çalışdı ki, sabitliyə və iqtisadi inkişafa nail olsun”.


APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi: “Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik”.

Azərbaycanın tolerant dövlət olduğunu söyləyən prezident qeyd edib ki, Bakıda bu il BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: “Bizim iqtisadiyyat da sürətlə inkişaf etməyə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR