Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq

Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq
# 08 sentyabr 2016 15:49 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin həyatı haqqında film 2017-ci ildə prokata çıxacaq.

APA-nın məlumatına görə, bu barədə filmin prodüseri İqor Lopatenok "RİA Novosti"yə müsahibəsində deyib. O, filmin Torokto kino bazarında tanıdılmasına başlanacağını bildirib: “Heydər Əliyev çox maraqlı taleyi olmuş bir insandır. Çəkilişlər artıq bitib. Hazırda filmin montajı yekunlaşmaq üzrədir. Film 2017-ci ildə prokata buraxılacaq”.

Prodüserin sözlərinə görə, tammetrajlı filmlə yanaşı, 8 seriyalı telefilm də çəkiləcək. İ. Lopatenok filmdə baş rolun ifaçısının adını açıqlamaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR