Milli Məclis "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklikləri təsdiqləyib

Milli Məclis "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklikləri təsdiqləyib
# 04 mart 2016 11:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanununun layihəsi haqqında məlumat verib.


APA-Economics”in məlumatına görə, Ə. Hüseynli qeyd edib ki, prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurumun qəbul edəcəyi qərarların normativ hüquqi qüvvəsi olmalıdır: “Məhz buna görə də "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa təklif olunur ki, 4-cü və 80-ci maddələrə “maliyyə bazarları tənzimləyicisinin qərarları” sözləri əlavə edilsin. Beləliklə, həmin qurumun qərarlarının normativ hüquqi akt qüvvəsində olacağı məlum olur. 2011-ci ildə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu qəbul edilib. Ona görə bu qanuna edilən dəyişiklik də 95 səs çoxluğu ilə qəbul olunmalıdır. 6 aydan sonra bu qanun layihəsini yenidən səsə qoyacağıq”.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR