Türkiyə əsilli gənc ABŞ-da ticarət mərkəzində 5 nəfəri qətlə yetirdiyini etiraf edib

Türkiyə əsilli gənc ABŞ-da ticarət mərkəzində 5 nəfəri qətlə yetirdiyini etiraf edib
# 26 sentyabr 2016 23:28 (UTC +04:00)

Bakı - APA. ABŞ-da ticarət mərkəzində atəş açaraq 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs günahını etiraf edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmədə Türkiyə əsilli, 20 yaşlı Erkan Çətin “Cascade Mall” ticarət mərkəzində yerləşən “Macy's” dükanında 5 nəfəri öldürdüyünü etiraf edib.

Ötən həftə Vaşinqton ştatının Berlinqton şəhərində baş verən hadisə nəticəsində 4 qadın və 1 bir kişi həyatını itirib. Erkan Çətin insidentdən bir sutka sonra yaxalanıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosu hadisəni terror aktı kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR