Ərdoğan Rostovdakı təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib

Ərdoğan Rostovdakı təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib
# 22 mart 2016 19:17 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 18-dən 19-na keçən gecə Rostov hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya xalqına və həlak olanların qohumlarına başsağlığı verib. APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının saytında dərc edilmiş məlumatda bildirilir.

“Martın 19-da Rostovda baş vermiş təyyarə qəzası nəticəsində 44-ü Rusiya vətəndaşı olmaqla, 62 nəfərin ölümü barədə xəbərdən çox təəssüfləndim. Şəxsən öz adımdan və Türkiyə xalqı adından həlak olanların ailələrinə və yaxınlarına, bütün Rusiya xalqına, habelə həmin təyyarə qəzasında vətəndaşlarını itirən Ukrayna, İspaniya, Hindistan, Özbəkistan, Qırğızıstan, Kolumbiya, Seyşel Adalarına və Cənubi Kiprə başsağlığı verirəm”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Dubay-Rostov marşrutu ilə uçan “Boeing 737-800” tipli təyyarə martın 19-da saat 3.42-də Rostov hava limanında qəzaya uğrayıb. Nəticədə, 55-i sərnişin, 7-si isə ekipaj üzvü olmaqla 62 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR