Beş aylıq maksimumu yeniləyən neft yenidən ucuzlaşır

Beş aylıq maksimumu yeniləyən neft yenidən ucuzlaşır
# 06 oktyabr 2016 06:41 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarında neft ucuzlaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 49,50 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar azalaraq 51,52 dollar olub.

Maraqlıdır ki, ötən gün ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, bu ölkədə "qara qızıl" ehtiyatı növbəti dəfə azalma nümayiş etdirib. Beləliklə, ABŞ-ın neft ehtiyatları artıq 5 həftədir azalır. Nazirliyin rəqəmləri göstərir ki, ABŞ-da neft ehtiyatlarının həcmi 2,98 mln. barrel azalaraq 499,740 mln. barrelə çatıb. Halbuki, "S&P Global Platts" tərəfindən keçirilən sorğunun iştirakçıları ehtiyatların 2 mln. barrel artacağını proqnozlaşdırıb. Yeri gəlmişkən, ABŞ-ın neft ehtiyatlarının həcmi cari ilin yanvar ayından etibarən ilk dəfə 500 mln. barrel səviyyəsindən aşağı enib.

Bu statistika açıqlanandan sonra Brent markalı neftin 1 barrelinin qiyməti iyun ayının 10-dan etibarən ilk dəfə 52 dollar həddini aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR