Tanınmış rusiyalı rəssamın oğlu idarə etdiyi avtomobillə 72 yaşlı qadını vurub öldürüb

Tanınmış rusiyalı rəssamın oğlu idarə etdiyi avtomobillə 72 yaşlı qadını vurub öldürüb
# 13 mart 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Tanınmış rusiyalı rəssam Nikas Safronovun oğlu musiqiçi Luka Zatravkin Moskvada idarə etdiyi “BMW X6” markalı avtomobillə 72 yaşlı qadını vurub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Luka Zatravkin mətbuata hadisəni şərh edib: “Mən sərxoş deyildim. Təəssüflər olsun ki, piyada keçidini 2 metr keçdikdən sonra qadını vurdum. O avtomobilə sol tərəfdən dəydi. Bu həqiqətdir. Mən bu hadisədən çox kədərlənmişəm. Mən bundan sonra necə yaşayacağımı bilmirəm. Onun 72 yaşı var idi. Mən çox kədərliyəm, faciə baş verib. Mən nə mümkündürsə, əlimdən gələni etdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR