ABŞ Kanadadan neft borusu çəkmək planından imtina edib

ABŞ Kanadadan neft borusu çəkmək planından imtina edib
# 06 noyabr 2015 23:36 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Kanadadan Meksika körfəzinə “Keystone” nəhəng neft borusu çəkmək planından imtina etməyə qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obamanın açıqlamasına əsasən, o bu qərara dövlət katibi Con Kerrinin ona bu layihənin ABŞ-ın milli maraqlarına zidd olduğunu bildirdikdən sonra gəlib.

Prezidentin sözlərinə görə, o məsələ barədə Kanadanın baş naziri Castin Trüdonu məlumatlandırıb. Barak Obama verilən qərarın Castin Trüdonu məyus etdiyini bildirib.

Qeyd edək ki, prezident postuna namizəd Xillari Klinton bundan əvvəl “Keystone XL” neft borusunun tikintisinə qarşı çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR