Şəhid anası: "Oğlumun qisasını onun adını daşıyan nəvəm alacaq" - FOTOSESSİYA - VİDEO

Şəhid anası: "Oğlumun qisasını onun adını daşıyan nəvəm alacaq" - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 16:09 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. 2014-cü ilin oktyabrın 9-da qoşunların təmas xəttinin Ağdam rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı kiçik çavuş Tural Əhmədovun bu gün anım mərasimi keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, anım mərasimi şəhidin ailəsinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsində keçirilib.

Anəm mərasimində müdafiə naziri Zakir Həsənovun sərəncamı ilə "Xidmətdə fərqlənməyə görə" III dərəcəli medal onun ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani medalı şəhidin 7 aylıq oğlu Tural Əhmədovun sinəsinə sancıb.

Tədbirdə Müdafiz Nazirliyinin yüksək rütbəli hərbçiləri, rayon rəsmiiləri və ictimaiyyəti iştirak ediblər.

Şəhidin anası Kifayət Əhmədova APA-ya bildirib ki, oğlu ailə həyatı qurandan 9 ay sonra ölüb: "Oğlumun ölümündən sonra dünyaya gələn nəvəmə atasının adını qoydum. İnanıram ki, oğlum Turalın qisası alınacaq. Nəvəm Tural məni işğal altında olan Qiyaslı kəndinə aparacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR